Thursday,   2024-11-28,   8:55 PM
Salam   Guest|   Group "Guests" |   Çıxış|
Menyu

Bölmələr
H.O.S.T'çular [6]
"A" kitabindan [3]
Soğu
30 May'dakı konsert nece idi?
Total of answers: 87

Sayğac

Total online: 1
Guests: 1
Users: 0


Main » Articles » » H.O.S.T'çular[ Add new entry ]

Mənim Psix Dostum...
Gecə. Oyandı. Hirslənib, əsəbidir. Məni cağırır. Qulaq asmaq istəmirəm. Qışqırır.
Qışqırıqları hıçqırır. Dəlidir. Xəstədi. Onunku xaosdur. paranoya. Sevinci ölümdə
görür. Qoymuram yaxınıma, o isə yalvarır. Ağlamaları beynimi yorur. Qulaqlarımı
incidir. Gecələr qoymur yatım. Qan onun suyudur. Ağrı onun həzzidir. Can almaqsa
hobbisi. Bu gecə yenə oyandı. Nə edim axı? Nə verimki əl çəksin? Bu gecə heç olmasa
yaşamağa qoysun. İstəyirəm Yaşayım, ona qarşi zəif olmayım. Hərdən nifrət edirəm
ona. Amma mənə ondan yaxını yoxdur. Onsuz yaşaya bilmərəm . İstəmirəm məni idarə
etsin. Məni həmişə məni başa düşür. O mənim ən yaxın dostumdur. 
Mənim psix dostum. .
 Psixlərə diqqətlə qulaq asmısan? Çox adam onlarda bir məna görmür. Fikirləşirlərki
psixlər gic gic şeylər düşünür. Amma onlar çox maraqlıdı. 
Mənim maraqlı dostum. 
Onlar həyata başqa gözlə baxırlar. Biz "normal" insanlardanda tamamilə fərqli
düşüncələri var. Onların hər an nə düşündüyünü biz bilmərik. Biz ümumiyyətləözümüzü
niyə normal hesab edirik? Hər halda dünyanı dağıdan elə biz normallarıq. Bəlkə
normal onlardır? Bəlkə anormal olan bizik hə? 
Mənim adi normal dostum. 
Mən anormal, o normal. O qışa nifrət edir. Tez gəlib keçdiyinə görə. Bir gün əbədi
qış gələcək-o xoşbəxt olacaq. Hər şey öləcək. Bu onun xoşbəxtliyi olacaq.
Mənim xoşbəxt dostum.
Gecələr qulağımın dibində nəfəs alır. Nəfəsləri sanki isti bir adanın sərin yelidir.
Onunla mən xoşbəxt oluram. Onunla mən azad oluram. Ona hər şeyi deyirəm. Səhvimdə
ondadı. Məni hamıdan çox tanıyır. Özümdəndə. Zəifliyimi bilir. Mənə dəli deyir. "Sən
əsl azadlığı görməmisən. Mən görmüşəm. Azadlıq bilirsən hardadı? Azadlıq
qəbirstanlıqda duranda 2 metr aşağıdadır. Niyə valideynlərə azadlıq deyəndə sözünü
kəsib ‘oda olacaq’ deyirlər? Çünki onlarda bilir. Bircə dəli sənsən. Sən heç nəyi
bilmirsən. Riyazziyyatda tənlik həll edə bilirsən. Hə nolsun, bu ağıl deyil. Hə
oxuyub bankir olursanş Pul qazanırsan. Amma istəyir qul olasan istəyir şah olasan,
ölüm hamı üçün eynidir. Baş daşları fərqli ola bilər, amma torpaq eyni torpaqdı.
Azadlıq eyni azadlıqdı . Gəl sənə azadlığın nə olduğunu göstərim. Gəl birlikdə
gedək…hə gedək?" O psixdi. Nifrət edirəm ona. Bu sözləri eşitmək istəmirəm.
Qışqırıram. 
TİK
TOK.
TİK
TOK
TİK
TOK
TİK
TOK
TİK
TO
Saatın səsi qulaqlarımı deşir. Zaman dayansın. Eyyyy ZAMAN DAYAN!!!
SƏBRİMMMM....çatmadı. Qışqırıram, bacardığım qədər. HEÇ KƏS EŞITMİR????? HEÇ KƏS
YOXDUR?? Ağlayıram, yaşlarım bir bir yastığımın üzərinə düşür. Yastığımda qan var. O
yuyulur. QAN?!
BU NƏ QANDI??? HARDAN GƏLDİ???? 
Qorxuram. Üşüyürəm. Əllərim incidir. Sol əlimi açıram. Balaca bir iti kəsici.
Əlimdə. Qana bulanmış əlimdə. Nifrət edirəm mən ona. NİFRƏT. Amma onsuz yaşaya
bilmərəm. O mənim ən yaxın dostumdur. 
Mənim Psix dostum. 



Source:
Category: H.O.S.T'çular | Added by: Pentagram (2009-05-11) | Author:
Views: 795 | Comments: 0 | Tags: | Rating: 0.0/0 |
Total comments: 0
Name *:
Email *:
Code *:


Axtar

Təqvim

Arxiv

Dost saytlar
  • hostcuyuq.biz
  • havaodsutorpaq.com
  • qaradaqirmizi.com

  • Hosted by uCoz