Thursday,   2024-11-28,   8:28 PM
Salam   Guest|   Group "Guests" |   Çıxış|
Menyu

Bölmələr
H.O.S.T'çular [6]
"A" kitabindan [3]
Soğu
30 May'dakı konsert nece idi?
Total of answers: 87

Sayğac

Total online: 1
Guests: 1
Users: 0


Main » Articles » » H.O.S.T'çular[ Add new entry ]

Sn@ke - Balaca Qanadlar...
Köhnə,tərk edilmiş,liman,çoxdan sökulmuş asfalt portun qalıqları,qumlu sahil,sahilin sonunda yarısı suya batmış qayıqlar və köhnə yarı-uçuq bir mayak...
Q: - Bezdirirəm səni?
G: - YOX !
Q: - Niyə danışmırsan?
G: - Nə var ki,danışılası?
Q: - Niyə uzunu o tərəfə çevirib oturmusan?
G: -(Başını aşağı saldı) Uff,çox sual verirsən.
Q: -Niyə butun söhbətlərimiz mənim monoloqum şəklində keçir
G: -Mən də danışıram...
Q: -Ya mən sual verirəm,sən də elə-belə cavab verirsən.Ya da oz-ozumə danışıram,heə qulaq da asmırsan
G: -Elə deyil
Q: -Axı mən,
G: -(onun sözunu kəsir) Bunun uçun çox tezdir.Sus ona görə
Q: -Sən,
G: -Mən səninçun adi biri olmaliyam.Belə eləmə.
3 nöqtə və 2-3 damla göz yaşı
x x x
Gəmi qəzaya uğradı.Onun çurumuş,köhnə taxtaları son tufana tab gətirə bilmədi.Kapitan əvvəlki gucunu itirmiş zəif qollarıyla uzərək birtəhər sahilə çıxdı.Dənizə doğru dizlərinin ustunə çökdu.Gəminin ağ yelkəni yavaş-yavaş Dənizin soyuq sularına batırdı.Qoca kapitnın gözundən axan damlalar uzundəki qırışlardan suzulərək yerə duşurdu.Onu heç vaxt belə aciz gorməmişdilər.
”Eybi yox,bilirik ki,pis olmusan.Elə biz də pis olmuşuq,amma bu son deyil ki ! Yenidən qurarıq,yenidən tikərik,yenə qayidariq Dənizə”
O isə əbdi susacaqdı.Qoxutsa da bəzən,hamının sevdiyi,əzəmətli,gurultulu sısini bir də, heç kəs eşitməyəcəkdi.Gözlərindən yaş suzulurdu,o isə susurdu.Bir azdan huşunu itirib qumun ustunə qıxıldı.
Gözlərini açanda gunəş batırdı.Köhnə limana yavaş-yavaş duman çökurdu.Gəmidıkilərdən sag qalan heyət uzvləri qaladıqları ocağın qırağında buzuşub yatmışdılar.Kapitan onlardan utanırdı,daha çox isə özundən,batmağa tərk etdiyi “Nevelina”dan,gəzdiyi sahildən,onu həyatda saxlayan illərdən...Və tərk etdi,utandığı hər şeydən getməyə qərar verdi.
İsti qum,qumdakı izləri silən sərin kulək,həm ruhuna,həm də sahilə çökən duman və qoca kapitanın yorğun addımları...Dəniz pıçıldayırdı yavaşca : “Sən qorxaqsan…Sən qorxaqsan...Sən qorxaqsan...”Amma bu pıçıltı kapitanın qulaqlarını batırırdı.Guclə yeriyirdi.Bəlkə də ayaqları aparmaq istəmirdi onu ora.O isə qərarlıydı,hər şey bitmişdi onun yorğun gözlərində.
Gunəş bir azdan batacaqdı.Demək olar ki,mayaka çatmışdı.Qayalıqdakı balaca gölməçələrin yanından keçirdi.Gölməçələrdən birindəki balaca bir balıq diqqətini çəkdi.Necə də ona oxşayırdı,çırpınırdı,
Mayakın ətrafında çoxlu ölu quş balaları var idi.Onların arasından yavaşca keçib mayakın köhnə,dəmir qapısını araladı.Qapının cırıltısı mayakın içində əks-səda verdi.Pilləkənlərə qonan qarğalar yuxarı doğru uçdular.Kapitan mayakın tozlu pilləkənləri ilə yuxarı qalxmağa başladı.Hər addım onu sona yaxınlaşdırırdı.Yuxarıdan sallanan hörumçək torları onun ağ saçlarına ilişirdi.Qalxanda öz-özunə deyirdi : “Qocalmısan, kapitan,qocalmısan...”
Mayakın ən yuxarı yerinə çatdı.Gəmilərə yol göstərən böyuk lampa yəqin ki,çoxdan sönmuşdu.Gunəş də demək olar ki,batmışdı.Duman lap çoxalmışdı,aşağı görsənmirdi,bir az da soyuq idi.Buzuşərək bir kuncdə oturdu.
Həmişəki vəziyyət bir az fərqli idi.Bu dəfə Dəniz danışırdı.Ona baxmadan pıçıldayırdı : ”Məni niyə atdın? Hara gedirsən? Bəs mən? Bəs sən? Bəs biz? Ufff...yaxşı,get ! “
x x x
Q: -Bax,Dəniz bizə qulaq asır.Bizi dinləməyi sevir.
G: Yox,o bezib bizi dınləməkdən.Bezdirmişik onu dərdlərimizlə
Q: -Niyə hər dediyimə qarşı çıxırsan?
G: -...
Q: -Mən uçmaq istəyirəm
G: -Bunu mənə niyə deyirsən?
Q: -Tək gucum çatmaz.Sənin qanadlarına ehtiyacımız var.Gəl uçaq bir yerdə
G: -YOX !
Q: -Niyə?:(
G: -Mən uçmaq istənirəm !
Q: -Yəqin qorxursan.Bilirəm.çətindir.Amma bir yerdə bacararıq.
G: -Qorxmuram ! İstəmirəm !!! İS-TƏ-Mİ-RƏM !
Q: -...
G: -Niyə susursan?
Q: -Onlara bax,necə də xoşbəxt uçurlar
G: -Yerə bax,bacarmayanlara.Görursən hardadırlar?! Mən onların içərisində olmaq istəmirəm.Həm o uçan cutlərə bax,ağ-ağ,qara-qara.Aralarında ağ-qara görursən???
Q: -Nə olsun yoxdu? Bir duşun də,əgər biz bunu bacarsaq bu, bir ilk olacaq,həm göylər uçun,həm yerdəkilər uçun,həm də o ağ və qaralar uçun.Başa duçəcəklər ki,həyat təkcə ağ və qaralardan ibarət deyil.Yəqin ki,buna dəlilik kimi baxanlar da çox olacaq.Amma bu dəlilik deyil. 
G: -Bu dəlilikdir
Q: -Mumkunsuzdur?
G: -Hə !!!
Q: -...
Və getdi.....
x x x
Yarıqaranlıq da olsa qoca kapitan onların butun söhbətini eşitdi.Qəribəydi,xoşbəxtlikdən əlini uzub intihar etməyə gəlmiş qoca xoşbəxtliyə səbəb olmaq istəyirdi.Bu,onun özunə də qəribə gəlirdi.
x x x
Qoca: -Sən bilmədən onun bir parçası olmusan
G: -Axı mən istəməmişəm belə olmasını.
Qoca: -Dəniz də istəməmişdi
G: -Dəniz? Necə ki ?
Qoca: -Həmişə məni acılayırdı danışanda.Ondan əl çəkim deyə məni neçə dəfə tufana saldı.Boğmaq istədi.Çox itdim onun sonsuzluğunda.
G: - Bəs onda niyə sevirsiz onu?
Qoca: -O Dənizdir,mən isə dənizçi.O,mənim hər şeyimdir.Evdə rahat oturub kofemi içməkdənsə onun mavi sularında tufanla boğuşmaq xoşdur mənə.
G: - Niyə axı ? Niyə ???
Qoca: -Özumu onun yanında xoşbəxt hiss eləyirəm
G: - …
Qoca: - Bəs sən niyə qorxursan? Görursən axı o səni nə qədər çox sevir !
G: - Göy uzunə baxın.Heç bir yerdə uçan qarğa və göyərçin görursuz?Mən bundan qorxuram ən çox.Bəlkə o sehrlənib? Bəlkə biz göydə uçanda o sehr pozuldu…Bəs onda nə olacaq?Mən belə istəmirəm uçmaq?:(
Qoca: - Bilirsən hıyatları,insanları,hadisələri,tarixi,dunyanı nədir ən çox dəyişən?
G: - Nə?
Qoca: -Cəsarət ! Əgər cəsarətin yoxdursa gələcəyi dəyişə bilməzsən.
G: -Mən istəmirəm nə cəsarət,nə gələcəyi dəyişmək,nə də sevgi
Qoca: -( Mayakın uçuq hissəsinin kənarında outran qarğanı göstərib ) O qanadları görursən ? Onlar səninçun qırılmağa hazırdır.Sən indiyə qədər bir göyərçin uçun bunu eləyə biləcək bir qarğa görmusən?
G: -…
Qoca: -Eeeh onsuzda başa duşmursən məni,ya da başa duşmək istəmirsən ( gedir )
G: -Hara gedirsiz?
Qoca: -Yəqin ki,dostlarım narahat olub.İndi məni axtarırlar.Qayıdıram onların yanına.Qayıdıram Dənizimin yanına…
(Bir neçə addım getdikdən sonar geri çevrilib)
Qoca: -Hə,bir də,ona mənim adımdan təşəkkur elə.Çox şey öyrəndim o balaca qarğadan.O bu qədər fərqli olmağınıza rəğmən səninlə birlikdə uçmaq istəyir,mənsə bu qədər oxşar olmağımıza rəğmən Dənizimi atıb ölmək istəyirdim.Ona yaxşı bax,özunə də.Sağol


Qoca ikinci nəfəsini aldı.Onu ölumə gətirən pilləkənlər indi onu həyata qaytarırdı.Uşaqlara xas sevinclə,yeni doğan gunəşin sahili qızdırmağa başlayan şuaları altında qaçırdı geriyə,dostlarının yanına.Onlar hələ oyanmamışdılar yuxudan.
Qoca: -Uşaqlar,tez qalxın,yeni gəmi duzəldirik.Dəniz bizi gozləyir.

1aydan sonar qoca kapitan həyatla ölumu bir arada yaşadığı sahilləri tərk edib geri-Dənizinə qayıtdı.O inanırdi ki,onu həyata döndurən həmin balaca quşlar bir gun uça biləcəklər bir yerdə.Mayak gözdən itənə qədər o gözlərini mayakdan çəkmədi.
- Mavi səma, o necə də gözəldi...



Source:
Category: H.O.S.T'çular | Added by: Pentagram (2009-05-11) | Author:
Views: 815 | Comments: 0 | Tags: | Rating: 0.0/0 |
Total comments: 0
Name *:
Email *:
Code *:


Axtar

Təqvim

Arxiv

Dost saytlar
  • hostcuyuq.biz
  • havaodsutorpaq.com
  • qaradaqirmizi.com

  • Hosted by uCoz