Thursday,   2024-11-28,   6:45 PM
Salam   Guest|   Group "Guests" |   Çıxış|
Menyu

Bölmələr
Soğu
30 May'dakı konsert nece idi?
Total of answers: 87

Sayğac

Total online: 1
Guests: 1
Users: 0


Main » 2009 » May » 31 » H.O.S.T - QaraQan'in A kitabindan 1 hisse
H.O.S.T - QaraQan'in A kitabindan 1 hisse
1:36 PM
Çingiz Qarabağ qaçqını idi. Onun bütün ailəsini Xocalıda qırmışdılar. O vaxtlar Çingizin 7 yaşı olardı. Amma ailəsi heç yadında qalmamışdı. xocalının nə bir daxması, nə bir ağacı. Heç nə...
Düşmən hücuma keçəndə mərminin biri düz Çingizin yanında partlamışdı. Çingiz də bütün uşaqlığını bu partlayışdan sonra unutmuşdu. Yaddaşında ancaq qarlı yollar, atəş səsi və ölülər var idi. Qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölüşdürmüşdülər. Yazıq uşağın hansı şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı. Yad şəhər, evsiz-eşiksiz. Vətəndən didərgin. Atasının, anasının qanı yerdə...Amma o heç nə edə bilmirdi. Ailəsindən bircə yadigar qalmışdı. O da anasının şəkli. Balaca buzovun başını sığallayan müqəddəs ana. Aanası şəkildən ona baxırdı. Çingiz bütün uşaqlığını bu şəkillə keçirmişdi. Əlindəki şəklə baxıb anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi. Qaniçən, insafsız, yırtıcı ermənilər. Çingiz onlara nifrət edirdi. Bu nifrət də onu gücləndirirdi. O böyüdükcə içindəki nifrət daha da artırdı. Çingiz özünə söz vermişdiki, bir gün bütün erməniləri məhv edəcək. Uşaq vaxtı döyüşlə məşğul olmuş, məktəbdə tarix dərslərini hamıdan yaxşı oxumuşdu. Əsgərliyini çəkmiş və hərbiçi olmaq qərarına gəlmişdi. Çingiz silahdan ayrılmırdı. Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evlərini yandırırdı. Erməni kişilərini güllələyib, qadınlarını zorlayır, uşaqlarını boğurdu. Dostları ilə görüşəndə onları da müqəddəs müharibəyə hazırlayırdı. Çingiz deyirdi:
-Dostlar, biz həmişə unutqan xalq olmuşuq. Biz türklərin ən böyük səhvi unutqanlığımızdadır. Biz bu erməniləri vaxtında qırmalıyıq. Ey türk, kəndinə qayıt. Sən özünə qayıdanda güclu olursan. Biz seçilmiş millətikş Dünyanı türklər idarə etməlidir. Bizim düşmənlərimiz heç vaxt bizi rahat yaşamağa qoymayacaqlar. Ona görə biz birləşib onları məhv etməliyik. Ermənilər həmişə alçaq olublar. Əsrlərlə öz ikiüzlü, yaltaq siyasətləri ilə bizim etibarımızı qazanıb, hər dəfə də bizə arxadan zərbə endiriblər. Onlara inanmaq olmaz. Onların hamısı alçaqdır, hamısı ölməlidir. Uşaqlar da murdardır çünki onların qanında murdar qan, oğru qanı axır. Ermənilərin hamısını yer üzündən silmək lazımdır. Sülh olmaz. Ancaq müharibə. Onlar bizim qanımızı töküb, biz də onların qanını tökməliyik. sonuncu erməniyə qədər hamısı ölməlidir. 
??? Çingizin çağırışları dostlarını da həvəsləndirirdi. Onlar hər yerdə bu fikirlərini yayır, insanları erməni köpəkləri ilə mübarizəyə cağırırdılar. Məqsəd təkcə Qarabağı yox, bütün Ermənistanı almaq idi. Çingiz deyirdi:
-Ermənistana bomba atıb hamısını qırmaq lazımdır. Uşaqlarıda, qadınlarıda...Çünki hər bir uşaq gələcəkdə erməni əsgəri olacaq. Hər bir qadın nə vaxtsa qaniçən ermənini doğacaq. Onların hamısı bizə nifrət edir. Siz üzdə adi erməniləri görüb deyə bilmirsizki onlar günahkar deyil. Amma onlar içində sizə nifrət edir. Türk olduğunuz üçün sizə nifrət edir. Siz nə istəyirsiniz, sülh? Sülh?!! Hansı sülh? Qarabağ qayıdandan sonra sərhədlər açılsın? Ermənilər yenə Bakıya gəlsin? Hansısa erməni zibili bizim təmiz azərbaycanlı qızların yatağına girsin?? Bunu istəyirsiz? Bəs Namus, Qeyrət? Biz gərək hücum edib onların soyunu qıraq, nəsillərini kəsək...
Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakültəsində oxuyurdu. Çingiz də fəxrlə geyindiyi hərbi formada hər gün Səbinəni həyətdə gözləyirdi. Dərs qurtaranda əl-ələ tutub bağda gəzirdilər. Qısa vaxtda bir-birlərinə öyrəşirlər. O vaxta Çinginin imkanı da yaxşılaşır. Özünə şəhərin mərkəzində mənzil alır. Bir gün Səbinəgilə elçi gedir. Qızın ailəsi də görür ki, oğlan hərbçidir, içmək yox, çəkmək yox, vətəninə bağlı, öz ayaqları üstündə dayanmış boylu-buxunlu cavan oğlan. Daha qarşı çıxmağın mənası olmazdı. Əgər cavanlar bir-birlərini sevirlərsə heç nə demək olmaz. Çingizlə Səbinə nişanlanırlar. Hər şey çox yaxşı getdiyi vaxtda Çingizin yanına qara geyimli bir neçə oğlan gəlir:
-Çingiz səni iki günlük aparmalıyıq.
Çingiz donub qalır. 
-Siz kimsiniz? Necə yəni aparmalısınız? Hara?
Onlardan biri deyir:
-Çingiz, bilirikki, indi toya hazırlaşırsan. Amma səni bir nəfərlə görüşdürmək lazımdır. Toya görə narahat olma, biz bütün yükü öz üzərimizə götürürük. Səni bir nəfərlə görüşdürmək çox vacibdir. 
-Kimlə? Harada?
-Çingiz, Gürcüstana getməliyik. Anan səni gözləyir. 
Bu müqəddəs kəlməni eşidən Çingizin gözləri dolur. Qarşısındakı oğlanları qucaqlayıb bağrına basır. Əlləri əsməyə başlayır. Deməli onun anası sağdır. Deməli o da qaça bilib. Neçə il sonra. Neçə il sonra...axır o anasına qovuşa biləcək. Hər zaman əzizlədiyi şəkildəki gözəl anası onun toyuna gələcək. Çingiz anasının saçlarını sığallayıb gözlərindən öpəcək...
Səhəri gün onlar qatarla Gürcüstana yolladılar. Yad vağzalın qarşısında anası qucaqlarını açıb hönkür-hönkür ağlayırdı. Çingiz də ağlayırdı. Anasına sarılıb ağlayırdı. Anasının əlində Çingizdəki şəkilin o biri hissəsi-cırılmış hissəsi vardl. Bu Çingizin uşaqlığı idi. Çingiz indi başa düşmüşdü ki, bu şəkili anası onun ovucuna basmışdıkı, qaniçən ermənilərin hücumundan sonra bir-birlərini tapa bilsinlər. Çingizin içində hər şey qaynayırdı. Artıq o anasını evinə apara bilərdi. Axır anası yad gürcü ellərindən doğma Azərbaycanına gələ bilərdi. Ana qucağının istisində Çingiz bütün soyuq tənha gecələrini yadına salır və daha da bərk hünkürürdü. Anasının incə mızıltısı onun qulaqlarından keçib qəlbinin ən dərin hüceyrələrinə hopurdu. Amma..Çingiz bilmirdi...Çingiz bir şeyi bilmirdi. 
Anası Çingizə nə isə deyirdi. Amma o bu dildən heç nə anlamırdı. Heç bilmirdi anası hansı dildə danışşır. Birdən kimsə əlini onun çiyninə qoydu. Arxadan qara geyimli oğlan dilləndi.
-Çingiz sənin anan ermənidir!!!
Zaman dayandı, əqrəblər donub qaldı, hər şey susdu. Əbədi sükutdan qulaqlar partlayacaqdı. Hər şey bin an içində məhv olmuşdu Qara paltarlı oğlan davam etdi:
-Sənina atan da ermənidir. Sənin bütün nəslin erməni olub. Səndə ermənisən. 
Çingiz dönüb oğlanın üzünə yumruq ilişdirmək istədi. Lakin digər oğlan onu saxladı. Çingiz yaralı cabavar kimi nərildəməyə başladı. Anası onu qucaqlaçaq istədi. Amma Çingiz qırağa çəkildi. Başını qucaqlayıb yerə yıxıldı. O inana bilmirdi. 
Oğlan bir az gözləyib yenə əlini onun çiyninə qoydu:
Çingiz, güclü ol! Biz sənin yaxşılığını istəyirik. İstəyirik ki, həqiqəti biləsən. Sənin ailən Xocalıdakı erməni ailələrindən idi. Müharibı vaxtı onlar hücum edəndə sizi də türk sanıb qovublar. Sən də yanında partlayan mərmidən yaddaşını itirmişdin. İndi də...indi də belə. Sən artıq hər şeyi bilirsən. 
Çingizin bütün həyatı, fikirləri, arzuları məhv olmuşdu. Anasını tapıb vətənini itirmişdi. Amma o zəif deyildi. O buna dözə bilərdi. Hərbiçi həyatı ona bütün ağrılara tab gətirməyi öyrətmişdi. Çingiz göz yaşlarını silib dərindən nəfəs aldı. Sonra ayağa qalxıb qara geyimli adamlara baxdı. 
-Siz...siz bunu sübut edə bilərsiniz?
Qara geyimlilərdən biri dedi:
-Biz itkin düşmüşlərin axtarışı ilə məşğuluq. Sənin bütün sənədlərin bizim ofisdədir. Doğum kağızı, uşaqlıq şəkillərin. Sənin adında Çingiz deyil, Vardandır. O gün səni televiziyada müsahibə verəndə göstəriblər. Anan da təsadüfən buradan səni görüb. Biz gedib maraqlandıq və bizə sənin ünvanını dedilər. Sənin anan çox yaxşı qadındır. O səni neçə ildir ki gözləyir. Amma atan müharibə vaxtı ölüb. 
-Bəz anam Azərbaycanca heç bilmir?
-Biz onunla danışmaq istəmişik. Amma deyəsən çox az bilir.
Bu sözləri eşidəndə Çingizin anası pıçıldadı: 
-Mən səni sevir oğul. Oğul. Mənim. Döğma oğul. Sevgi. 
Bu sözlərdən sonra Çingiz ikinci dəfə anasına sarıldı. O nə edəcəyini bilmirdi. Amma deyəsən arxadakı qara geyimlilər hər şeyi ölçüb bişmişdilər. 
-Çingiz, artıq heç nəyi dəyişə bilməzsən. İstəyirsənsə ananı da götürüb Bakıya gəl. Heç kəs heçnə bilməyəcək. Biz Səbinəyə də heçnə demərik. 
Bu sözləri eşidəndə Çingiz bir daha qara geyimlilərin üzərinə cumdu. Bu dəfə o, sərt zərbə ilə ortadakını yerə yıxdı. Lakin digər ikisi, onun qollarını burub saxladılar. Çingiz tərpənə bilmədi. Yerə yıxılmış qara geyimli isə davam etdi:
-Həə, Səbinə. Sənin sevgilin Səbinı. Deyəsən iki-üç günə toyunuz olacaq. Sən doğrudanda buna inanırsan? Səncə biz qoyarıq ki, namuslu azərbaycanlı qızı erməni ilə bir yastığa baş qoysun? Səncə qoyarıq ki, sənin murdar erməni anan Azərbaycan torpağına ayaq bassın? Səncə biz qoyarıq ki, sən özün, alçaq erməni, bizə nifrət edən erməni bizimlə bir yaşayasan? Sən bizə nifrət edirsən. Sən bütün türklərə nifrət edirsən. Sən bütün azərbaycanlılara nifrət edirsən. Sən Səbinəyə də nifrət edirsən.
Çingiz dizi üstə çöküb ağladı. 
-Mən səbinəni sevirəm. Mən Azərbaycanı da sevirəm. Mən anamı sevirəm. Mən sizi sevirəm. 
Qara geyimli oğlan onun gözlərindən ğpüb sakitcə pıçıldadı:
-Çingiz, erməni olmaq necə hissdi? Səncə nəsə dəyişdi? Sən Vardansan, yoxsa həmin Çingizsən? Biz səni buraxırıq, Səbinəyə də heç nə deməyəcəyik. Ananı da özünlə apara bilərsən. İndi hər çey sənin özün vicdanındadır. Səbinə əsl Azərbaycan oğluna laiqdir. Amma sən ermənisən. Onunla evlənməklə sən daha bir Azərbaycan qızının namusunu pozacaqsan. Sən pis insansan. Eşidirsən? SƏn PİS İNSANSAN!!!
Çingiz sakitcə dedi:
-Axı mən heç kəsə pislik etməmişəm. Axı mən pis insan deyiləm. 
Qara geyimli cavab verdi:
-Sən ermənisən. Özün demirdinki, bütün ermənilər pisdir?
Attachments:
Category: | Views: 2990 | Added by: Sn@ke | Tags: | Rating: 5.0/52 |
Total comments: 1
1 Гаргона  
0
сначала изучайте историю а потом беритесь за перо!

Name *:
Email *:
Code *:


Axtar

Təqvim
«  May 2009  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Arxiv

Dost saytlar
  • hostcuyuq.biz
  • havaodsutorpaq.com
  • qaradaqirmizi.com

  • Hosted by uCoz