Thursday,   2024-11-28,   9:30 PM
Salam   Guest|   Group "Guests" |   Çıxış|
Menyu

Bölmələr
Tema [1]
Videolar [4]
H.O.S.T [3]
Soğu
30 May'dakı konsert nece idi?
Total of answers: 87

Sayğac

Total online: 1
Guests: 1
Users: 0


Main » Files » » H.O.S.T[ Add new entry ]

H.O.S.T Alliance Haqqında
[ Download from this server () · Download from mirror () · Screenshot ] 2009-05-12, 4:21 PM
---------------------------------
H.O.S.T Alliance
8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir:
Baku Clan(Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.
Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan Baku Clan tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş - Sənsiz (Love Story) tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure Məni qaytar adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. H.O.S.T Alliance adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan “Həyatım əllərimdə tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom “Proloq” adlanır və 17 kompozisiyadan ibarət olur: 

1.İntro 
2.H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal_Ali, PRoMete)
3.Məni Qaytar (Qaraqan, Felon De Jure)
4.Həyatım əllərimdə (Qaraqan, Jamal_Ali, ErranT, PRoMete )
5.How we rapin’ (Felon De Jure, ErranT, Qaraqan)
6.İstəmirəm (Qaraqan, PRoMete, Jamal_Ali)
7.Xronika (Qaraqan, ErranT, Felon De Jure)
8.Yenə tək (Qaraqan, ErranT)
9. Bakı (Felon De Jure)(Skit)
10.Gəl gedək (Feck, AiD)(vokal Ayka)
11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT)
12.Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD)
13.Yorğun (Qaraqan, PRoMete, AiD)
14.Mənim Qaranlığım (Qaraqan)
15.Proza (Qaraqan)
16.Neçə (AiD, Jamal_Ali, Qaraqan)
17.Outro


İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert Yuğ teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom HOSTdan HOSTçuya eksklüziv adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da Proloq kimi çox uğurla qarşılanır. Albom Qarada Qırmızı adlanır və 18 kompozisiyadan ibarət olur:

1. Prelüd (Qaraqan)
2. Esmeralda (Qaraqan)
3. Mənim Mübarizəm (Qaraqan)
4. Mən Dəyişəcəm (PRoMete)
5. Buza Dönəcəm (Qaraqan, PRoMete)
6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)
7. Düşüncə (Qaraqan, AiD, PRoMete)
8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)
9. Əlvida (PRoMete, ErranT, Qaraqan)
10. Etiraf Otağı (Qaraqan)
11. Nağıl (AiD, Qaraqan)
12. Maraqsız Mahnı (Qaraqan)
13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)
14. Sidrətül Müntəha (Qaraqan)
15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)
16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)
17. Azad HOSTçular (Qaraqan, AiD)
18. Bezmişəm (Qaraqan, AiD)


Bu ərəfədə alyansın üzvlərindən olan Qaraqan A adlı kitabı yazıb tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da HOST ideologiyası-nın yaranması olur. HOST ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub. Kitab Azərbaycan Yazıçılar Birliyi-nin katibi Rəşad Məcidin ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.
H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşkil olunmuşdur.Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi.H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.

2008-ci ilin avqust ayında isə əvvəl Felon De Jure, sora Jamal_Ali və ErranT şəxsi səbəblərə görə alyansı tərk etdi.Hal-hazırda HOST 4 nəfərdən ibarətdir:
Qaraqan, AiD, PRoMete, Feck
2009-cu ilin yanvar ayında HOST-un solo rock konserti keçirildi.Konsert eksperimantal xarakter daşıyırdı.Daha sonra isə HOSTun ilk ən böyük underground konsertinin keçirilməsi planları başladı.Konsert ilk öncə HOSTun yaranma tarixi olan 13 fevrala planlaşdırıldı.Amma daha sonra 21 fevrala keçirildi bəzi səbəblərə görə.21 fevral “Vətən” kinoteatrında HOSTun ilk böyük həcmli konserti keçirildi.Konsert “reinkarnasiya” adlanırdı və bu konsertdə 1300 nəfər iştirak etdi.Reinkarnasiyanın səs-sorağından sonra Sumqayıt şəhərində də HOSTun daha bir konserti keçirildi.Bu konsert mart aylarının sonuna təsadüf etdi. Bütün bunlardan əlavə “HOST Product” adı altında bir çox geyim,əşyalar istifadəyə verilir HOSTçular üçün.Bunlara misal olaraq:HOST köynəkləri,kapüşon,qolbaq,boyunbağı,çanta və sairə əşyaları misal çəkmək olar. Hal-hazırda HOSTçuların yığışa biləcəyi bir yer haqda müzakirələr gedir.Çox güman ki, bu yaxın günlərdə HOSTçuların klubu açılacaq və hamımız orada yığışa biləcəyik.
HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.

H.O.S.T 
H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi...
O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur...
S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq...
T - Qılınc,mübarizə

Hava - Romantizm,
Od - Aqressiya,
Su - Lirika,
Torpaq - Realizm.


HOST sözünün digər mənaları:

HOST - Sahib (ingilis)
HOST - Allah ordusu,ilahi qüvvə (omonim)
HOST - Lider,aparıcı,showman (U.S.A)
HOST - Xəstəlik,virus (tibb)
HOST - Zülmət
HOST - Qalaktika


Category: H.O.S.T | Added by: Pentagram | Tags:
Views: 1159 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/3 |
Total comments: 1
1 Nurullah  
0
"ய த தத த க க ச ல த னங கள க க ம ன வ வ வ ற ந ட கள ல ர ந த இஸ ர ல யத த த வரகங கள க க உள ள ர ய தர கள வந த இஸ ர ல க க க சண ட ய ட வ ர ப பம த ர வ த தனர . "ஏற கனவ 60 லட சம ப ர ஹ ட லர ன வ ற ச ச யல க ன ற வ ட டத . இன ன ர ப பட க ல ய எங கள ல த ங க ம ட ய த . ந ங கள ம உங கள டன ச ர ந த இறக க ற ம " என ற க க ற னர . இஸ ர ல யர அவர கள டம இவ வ ற க க ற னர . "இறப பத , அதற க வ ற ஆள ப ர ங கள . ந ங கள வ ழப ப றந தவர கள " என றனர . "Dondu Sir,1. Can you please expilan the difference between Jews and Israelites? It would be nice if you provide more information on the misunderstanding that all the Israelites are Jews. That is not the real scenario. The purpose is to hide the difference is to blame it on the race.2. It may add spicy if you add something about "anti-semitic" concepts and feelings.3. Like various other self-developed ingenious ideas and actions, Israelites have come out with their own martial art - Krav Mago.The Krav Maga was developed in Israel in the early forties when the underground liberation organizations were fighting for the independence of the State of Israel. At that time, it was illegal to possess weapons. The inventor and developer of the Krav Maga was a champion heavy weight boxer, a judo champion, and an expert in jiu-jutsu. In addition, he was as a trapeze acrobat and a well known dancer. The knowledge he thus obtained, contributed to the development of the Israeli martial art of self defense. There is no hidden meaning behind the name Krav Maga, and literarily means "contact fight / battle".The Krav Maga was put into practice originally by the fighters of the liberation organizations that often went to battle armed with knives or sticks and with the knowledge of Krav Maga, and they were very successful. After the establishment of the State of Israel, Krav Maga was adopted as the official martial art taught in the defense forces, and especially in the elite police and army units. Krav Maga was integrated into army training by Imi Lichenfield, a career IDF officer and chief instructor at the army's physical training facility at the Wingate Institute. Imi is still active involved in the Krav Maga Association and maintains the role of president.Over the years, the Krav Maga has turned into an integrated part of training in many disciplines such as educational institutes. Krav Maga is taught in many public schools in Isreal.The Krav Maga is not an ecletic martial art system, rather, it was developed with the perception that the classic martial arts were lacking various elements. The defense needs in the eras that the classic martial arts were developed were different than those of today. New unique techniques for defense against pistols, guns and hand grenades were considered needed, and therefore developed.Krav Maga has no katas or specific sequences that must be followed. Students use the basic moves in conjunction with any one of a number of other moves to fend off an attack, the key idea being adaptability to new situations through improvisation. Emphasis is put on speed, endurance, strength, accuracy and co-ordination especially for intensive Krav Maga training.This I added here as additional information to your well narrated write-up.

Name *:
Email *:
Code *:


Axtar

Təqvim

Arxiv

Dost saytlar
  • hostcuyuq.biz
  • havaodsutorpaq.com
  • qaradaqirmizi.com

  • Hosted by uCoz