Saturday,   2024-05-18,   9:22 AM
Salam   Guest|   Group "Guests" |   Çıxış|
Menyu

Bölmələr
H.O.S.T'çular [6]
"A" kitabindan [3]
Soğu
30 May'dakı konsert nece idi?
Total of answers: 87

Sayğac

Total online: 1
Guests: 1
Users: 0


Main » Articles » » H.O.S.T'çular[ Add new entry ]

Dalğalar...
Axmaq dənizin, yüngül ləpələri ayaqlarımızı qıdıqlayırdı.. 

Üzümüz günəşə doğru uzanmışdıq isti qum uzərində 

İncə əsən külək kiçik qum dənələrini sinəmizə gətirər ordan isə boynumuza doğru tərpədərdi.. 

Hec nədən xəbərsiz, gözlərimizi yumub pıçıltı ilə bir - birimizlə danışırdıq 

Sükutu pozan yalnızca dənizin dalğa səsi idi...onu isə sakit etmek olmazdı.. 

Kiçik qumları özü ilə gətirib ayaq barmaqlarımıza sürtər, sonra isə geri aparırdı... 

Günəş su uzərində şualarını rəqs edirir sanki bizə tamaşa verirdi, biz isə uzanib onu seyr edirdik.. 

Əlini bərk - bərk tutmuşdum, düzü qaçası deyildi, sadece tutmuşdum..necədə uzanıblar qum uzərində, "biz də elə gözəl yerdə olardıq, kaş"

'Nə oldu?' dedi mənə., 

'Heç, sadəcə film çox maraqlıdı' dedim 

'Mən elə bildim yuxulamısan artıq, gözünü yummuşdun məncə..hə? Yummuşdunda gözünü hə )) ?' dedi.. 

Gülümsədim, yanağından öpdum... 

'Yaxşısan sən?' dedi... 

'Çox..' dedim 

Başını çiynimə söykəyib kinoya baxmağa davam elədi.. 

Necə də gülüşü var.. Körpə uşaqda belə, bu cür təbəssüm yoxdu bəlkə də..sanki bütün şirinliklər onda əks olunub.. 

Yanaqlarını içəri batırar, şirin şirin gülümsəyərdi mənə... 

Gözləri hər an parlayırdı..maraqlı idi, amma bir dəfə yaşardığını gördüm gözlərinin..sual vermədən, susdum, sadəcə gözünü silib etrafımıza baxdim, insancıqlardan kənarda idik...saçına sığal çəkib, özümə tərəf çəkdim..qoxusu mənə hər şeydən əziz idi..duyurdum qoxusunu.. 

İlk öpuşumuzu xatırladım..bütün bədənim əsirdi, sadəcə incə, balaca dodaqlarını incidərəm deyə qorxurdum..bəlkə çəkilər kənara, mənə baxmadan uzaqlaşar... 

Necədə incə öpürdü, özümü unutmuşdum, buludlar qarısır, hava getdikcə dumanlanırdı sanki... 

Saçlarını üzümüzə tutan külək, dənizin bizi, dodaqlarımızı görməsini belə istəmirdi... 

Xəyallarımı, arzularımı unudar, danışığımı itirirdim..barmaqlarım hərəkətsiz qalmışdı.. 

Bağrıma basıb bərk - bərk qucaqladım.. 

' Neynəyirsən?' dedi... 

' neynəyirəm ki? '

' axi burda adamlar var' dedi,.. 

' Bağışla' dedim... 

' Nolubeee sənə?'

' Heç..,səni çox istəyirəm' dedim.. 

' Mən də...bəlkə yuxun gəlir, yorğunsan?! Bayaqdan gözünü yumursan, mənə də deyirsən ki, kimnoya baxırsan ) ' dedi... 

' yox, hər şey yaxşıdı...' dedim.. 

' eeee kino qurtardı (( '

' Yox balam,..hələ teze başlayır..' dedim.. 

' Necə?'

' Sadəcə əlimi tut ' dedim... 

Artıq islanmişdıq qəfil yağmağa başlayan yağışın damcıları altında... 

Su damcıları yanaqlarımızdan dodaqlarımıza doğru gəzişirdilər.. 

İslanmişdıq..qaçıb bloklardan birinə girdik..üşüyürdü, saçı islanmışdı.. 

İslaq dodağından öpdüm.. 

' Dəli, görərlər axì' dedi... 

Yenə öpdüm.. 

Susub, gözlərini yumdu... 

əllərimiz boşalmışdı, duyduğum səs yalnızca onun nəfəsinin necə titrəməsi idi.. 

' Bəsdi,..dur gedək'

' Hara?'

' balam, gedək evə..'

Bax dalğa necə yuyur sahili... 

"çox gözəldi"

"...gözünü yum..."

"Yum gözümü..."



Source:
Category: H.O.S.T'çular | Added by: Pentagram (2009-05-11) | Author:
Views: 715 | Comments: 2 | Tags: | Rating: 0.0/0 |
Total comments: 1
1 elpoep  
0
suppper,tek kelime ile suppppper)))

Name *:
Email *:
Code *:


Axtar

Təqvim

Arxiv

Dost saytlar
  • hostcuyuq.biz
  • havaodsutorpaq.com
  • qaradaqirmizi.com

  • Hosted by uCoz